Rusiya Baş naziri Mixail Mişustin İranın paytaxtı Tehrandan İrəvana yola düşüb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" agentliyi məlumat yayıb.
Mişustin sabah Avrasiya Hökumətlərarası Şurası və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.
Qeyd edək ki, Hökumətlərarası Şuranın iclasında Rusiya ilə yanaşı, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın hökumət başçıları da iştirak edəcək.