AZ

ŞOK- Nadir elə şeylər danışdı ki... Şəbnəm, Vəfanın evində kişi…

Müğənni Nadir Qafarzadə Şəbnəm Tovuzlu və Vəfa Şərifova qalmaqalına münasibət bildirib.

O, “Elgizlə izlə” verilişində həmkarlarını yıxıb-sürüyüb:

“Biz də məclislərə gedirik. Niyə bizdən həmin mahnıları tələb etmirlər? Məndən xahiş edən olsa, çıxıb məclisdən gedərəm. Sənətimə, musiqiyə, özümə hörmət edən oğlanam. Bir ucuz mahnıya görə ölkənin gündəmini zəbt etmək olmaz.

Hər ikisi ailəlidir, evlərinində kişi var. Deməlidir ki, bəsdirin, qurtarın. 31 ildir evliyəm, Nadir Qafarzadənin xanımını və ya gəlinini “TikTok”da görmüsünüz? Yox, görməyəcəksiniz də. “Azadlıq” deyib hər şeyi şişirtdik. Qurumlar buna baxmalıdır. Yataq otağını qoyduq ortaya”.

Qeyd edək ki, Şəbnəm və Vəfa “Cənnətimsən” mahnısı üstündə mübahisə edir.

Seçilən
48
15
bakuinfo.net

10Mənbələr