ABŞ-nin Yaxın Şərq bölgəsindəki Silahlı Qüvvələri ən yüksək hazırlıq vəziyyətinə gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Voennıy obozrevatel" məlumat yayıb.
Məlumata görə, Pentaqon yaxın saatlarda İsrailin Livanda quru əməliyyatına başlayacağını gözləyir.
Belə ki, İsrail ordusu Livanla sərhəddəki ərazini artıq qapalı hərbi zona elan edib.
ABŞ üçün əsas sual İranın hərəkətə keçib-keçməyəcəyidir. Hazırda böyük kəşfiyyat qüvvələri bu məsələnin həllinə yönəlib.
Bu gün İran prezidenti bildirib ki, Tehran HƏMAS hərəkatının rəhbərinin öldürülməsinə görə İsrailə qarşı hərbi cavabdan imtina etsə də, lakin Qərb Livan və Qəzzada atəşi dayandırmaq vədinə əməl etməyib.