1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsrail hərbi hissələrinin Livan ərazisinə daxil olması hələ ki təsdiqini tapmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Livanın "Əl Mayadeen" telekanalı məlumat verib.
Məlumata qeyd olunur ki, İsrail hərbi birliklərinin sərhədi keçərək Livan ərazisinə daxil olması ilə bağlı heç bir fakt mövcud deyil.
Xatırladaq ki, İsrail ordusu "Hizbullah"ın Livanın cənubunda yerləşən infrastrukturuna qarşı məhdud quru əməliyyatlarına başladığını elan edib. Məlumat SAXAL-ın "Telegram" kanalında dərc edilib. Dünyanın bir çox aparıcı informasiya agentlikləri isə İsrail ordusunun Livan ərazisinə daxil olduğunu yazıb.