Bakı. Trend:
2023-cü ilin 8 ayı ilə müqayisədə, 2024-cü ilin eyni dövründəqeydə alınmış cinayətlər ümumilikdə 24,7 faiz, hərbi xidmətəleyhinə olan cinayətlər 25,9 faiz, qeyri-hərbi cinayətlər isə 23,4faiz azalmışdır.
Trend xəbərverir ki, bunu Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev"Respublika" qəzetində dərc olunmuş məqaləsində bildirib.
Hərbi prokuror bildirib ki, öldürmə həddinə çatdırma cinayətləri82,4 faiz, fərarilik cinayətləri 93,3 faiz, tabelikdə olan hərbiqulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 28,1 faizazalıb:
"Həmçinin hərbi xidmətdən yayınma cinayətləri 34 faiz, maşınlarıidarəetmə və istismar qaydalarını pozma cinayətləri 83,3 faiz, odlusilahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamavə ya hədə-qorxu ilə tələb etmə cinayətləri 30,8, silahla vəətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranışqaydalarını pozma cinayətləri 50 faiz, xuliqanlıq cinayətləri 75,rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktivrüşvətxorluq) cinayətləri isə 59,7 faiz azalıb."
Xanlar Vəliyev qeyd edib ki, əvvəlki dövrlərdə olduğu kimi, builin də keçən dövrü ərzində Hərbi Prokurorluq orqanlarınınfəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaqüçün əməkdaşlar əzmlə çalışmışlar.
"Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığınaxüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün hallarınhərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyatakeçirilmiş səmərəli fəaliyyət, düzgün qurulmuş istintaq metodikasıvə taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilənsəviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı vəzəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin98, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faiziaçılmışdır", - deyə o qeyd edib.