AZ

Yaponiyanın yeni baş naziri seçildi

Yaponiyanın hakim Liberal-Demokrat Partiyasının (LDP) sədri Şigeru İşiba parlamentdə ölkənin 102-ci baş naziri seçilib. Deputatların əksəriyyəti ona səs verib.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Əsas Aşağı Palatada səsvermənin nəticələrinə görə, İşiba 465 səsdən 291-ni qazanıb. Konstitusiya Demokratik Partiyasının lideri Yoşihiko Noda 100 səs toplayıb.

Bu dəqiqələrdə İşibanın namizədliyi üçün səsvermə parlamentin Yuxarı Palatasında da keçirilir, burada LDP və Komeito partiyasından ibarət hakim koalisiya çoxluğa malikdir, lakin Aşağı Palatanın qərarı üstünlük təşkil edir.

09:52

Yaponiya hökuməti çərşənbə axşamı səhər Yapon Dietinin yeni baş nazirlə bağlı planlaşdırdığı səsvermədən əvvəl tam heyətlə istefa verib.

Oxu.az bu barədə TASS-a istinadən xəbər verir.

"Baş nazir Fumio Kişidanın bütün Nazirlər Kabineti Şigeru İşiba hökumətinin gəlişindən əvvəl istefa verdi", - deyə məlumatda bildirilib.
Seçilən
7
10
sherg.az

10Mənbələr