AZ

ABŞ İsrailin Livana hücumunu dəstəkləyir

ABŞ

İsrail ordusunun Livanda quru əməliyyatına başladığı bir vaxtda ABŞ-nın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla danışıb. Pentaqon rəhbəri bildirib ki, Birləşmiş Ştatlar İsrailin özünümüdafiə hüququnu dəstəkləyir.

Reyting.az
xəbər verir ki, Llyod Ostin bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Ostin qeyd edib: “Biz Livan “Hizbullah”ının İsrailin şimal icmalarına oktyabrın 7-nə bənzər hücumlar həyata keçirə bilməməsini təmin etmək üçün sərhəd boyunca hücum infrastrukturunun sökülməsi zərurətində razılaşdıq”.

O, həmçinin sərhədin hər iki tərəfində mülki əhalinin təhlükəsiz şəkildə evlərinə qayıtmasına imkan yaratmaq üçün diplomatik həllə ehtiyac olduğunu təkrarlayıb. Bundan əlavə, Ostin qeyd edib ki, Birləşmiş Ştatlar İran və onun terror təşkilatlarının təhdidləri qarşısında Amerika personalını, tərəfdaşlarını və müttəfiqlərini qorumaq üçün yaxşı mövqeyə malikdir və hər hansı tərəfin gərginlikdən istifadə etməsinin və ya münaqişənin artmasının qarşısını almaqda qərarlıdır.

Pentaqonun rəhbəri İsrailə birbaşa hərbi hücum etmək qərarına gəlsə, İran üçün ciddi nəticələrin olacağını bir daha vurğulayıb.

Bundan əvvəl Qərb mediası İsrailin “Hizbullah”ın sərhəddəki infrastrukturunu təmizləmək üçün Livan ərazisinə daxil olmaq niyyətini Amerika Birləşmiş Ştatlarına bildirdiyini yazıb.

ELÇİN
Seçilən
44
17
reyting.az

10Mənbələr