AZ

Rusiya bir istiqamətə niyə 60 minə yaxın hərbçi toplayıb?

"Rus işğalçıları indi diqqətlərini Donetsk vilayətinin cənubuna yönəldirlər".

Bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, politoloq Kirill Sazonov “Kiyev24” telekanalının efirində səsləndirib.

O qeyd edib ki, hazırda Rusiyanın əsas diqqəti Donetsk vilayətinin cənubundadır: "Bu, konkret olaraq Uqledar, Kuraxovodur. Mənə elə gəlir ki, onlar əsas qüvvələri ora köçürürlər", - ekspert bildirib.

Təhlilçinin sözlərinə görə, düşmən qüvvələrini həm də Pokrovsk şəhərinin cənubuna yönəldib. 

"Onlar Pokrovska təzyiq etməyə davam edirlər, Toretskdə, Nyu-Yorkda, Çasovoy Yarda döyüşlər davam edir.  Yəni təzyiq davamlıdır. Lakin bu təzyiqlər, bu hücumlar daha çox ona görə olur ki, biz oradan heç kimi köçürə bilməyək", - o qeyd edib.

Qeyd edilib ki, təkcə bu istiqamətdə olan ordu korpusuna 30 mindən 60 minə qədər adam daxil edilib.

Tural

Seçilən
4
news365.az

1Mənbələr