"Rus işğalçıları indi diqqətlərini Donetsk vilayətinin cənubuna yönəldirlər".
Bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, politoloq Kirill Sazonov “Kiyev24” telekanalının efirində səsləndirib.
O qeyd edib ki, hazırda Rusiyanın əsas diqqəti Donetsk vilayətinin cənubundadır: "Bu, konkret olaraq Uqledar, Kuraxovodur. Mənə elə gəlir ki, onlar əsas qüvvələri ora köçürürlər", - ekspert bildirib.
Təhlilçinin sözlərinə görə, düşmən qüvvələrini həm də Pokrovsk şəhərinin cənubuna yönəldib.
"Onlar Pokrovska təzyiq etməyə davam edirlər, Toretskdə, Nyu-Yorkda, Çasovoy Yarda döyüşlər davam edir. Yəni təzyiq davamlıdır. Lakin bu təzyiqlər, bu hücumlar daha çox ona görə olur ki, biz oradan heç kimi köçürə bilməyək", - o qeyd edib.
Qeyd edilib ki, təkcə bu istiqamətdə olan ordu korpusuna 30 mindən 60 minə qədər adam daxil edilib.
Tural