"Diadem" ASC hər birinin nominal dəyəri 750 manat olan 134 ədəd səhm buraxır .
FED.az bu barədə şirkətin emissiya prospektinə istinadən xəbər verir.
Bu da səhmlərin cəmi dəyərinin 100 min 500 manat artırılması deməkdir.
Anderayter "Assist Finance İnvestisiya Şirkəti" ASC-dir.
Təklifin səbəbləri nizamnamə kapitalının artırılması olduğu nəzərə alınaraq, vəsait Cəmiyyətin dövriyyə kapitalının artırılmasına yönəldiləcək.
Əgər səhmlərin yerləşdirilməsi uğurla başa çatsa "Diadem" ASC-nin nizamnamə kapitalı hazırkı, 3 milyon manatdan 3 milyon 100 min 500 manata çatdırılacaq.
Hazırda "Diadem" ASC-nin səhmdarları Nəbiyev Elbrus Ənvər oğlu ( 3 min səhm və ya 75%) və Dostumalıyeva Kamalə Qocakişi qızıdır (min səhm və ya 25%).