AZ

"Sərhədsiz Reportyorlar" qlobal təbliğatın monitorinqi layihəsinə start verir

Təbliğata və dezinformasiyaya qarşı mübarizə "Sərhədsiz Reportyorlar"ın (RSF) real jurnalistikanın təşviqi uğrunda fəaliyyətində mühüm yer tutur. 

Məhz buna görə sentyabrın 30-da "Təbliğatın monitorinqi" layihəsinə start verilib.

"Təbliğatın monitorinqi" ictimaiyyətin təbliğat və dezinformasiyanın əsasında duran mexanizmlər haqqında məlumatlandırılmasına və bu təzahürlərə qarşı mübarizəyə yönəlmiş təşəbbüsdür.

Layihənin birinci mərhələsi Kremlin dezinformasiyasının bütün dünyada yayılmasında mühüm rol oynayan "Russia Today"a - Rusiyanın dövlət KİV-nə xüsusi diqqət yetirilməklə, Rusiyanın təbliğatına həsr olunub.

Layihə müntəzəm olaraq yeni tədqiqatlarla, qabaqcıl ekspertlərlə müsahibələrlə yenilənəcək, qlobal təbliğatın mahiyyətini izah edəcək.

Layihədə Rusiyada 4,5 milyon abunəçini və Ukraynanın işğal edilmiş ərazilərində 800 000 oxucunu etibarlı məlumat mənbəyinə çıxışla təmin edən "Svoboda" peyk paketi də var.

Operation "Collateral Freedom" bölməsi güzgü saytları vasitəsilə senzuraya məruz qalan KİV-lərin blokunu açır.

Layihəyə start verildiyi gün Rusiyanın təbliğat kanalı RT-nin Balkanlarda, Latın Amerikasında və Afrikada Kremlin təbliğatını necə yaydığının təhlil edildiyi yeddi məqalə dərc edilir.
Seçilən
111
arqument.az

1Mənbələr