AZ

Məktəblərə təlimat göndərildi: Müəllimlər günündə ...

Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi 5 oktyabr – müəllimlər günü ilə əlaqədar pul yığılması, hədiyyələr edilməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıqla çıxış edib.

Ucnoqta.az xəbər verir ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Agentliyin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssisələrinə Təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.

“Bildiririk ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir”, - məlumatda deyilir.

Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilib. Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasıdır. Bununla yanaşı məqsədimiz təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.

Seçilən
67
41
ucnoqta.az

10Mənbələr