Tələbə təhsil aldığı universitetdən diplomunu almaq istəyir. Amma ondan bunun müqabilində şirinlik-pul tələb olunur...
Xezerxeber.az xəbər verir ki, görüntülər Gəncə Dövlət Universitetində qeydə alınıb.
Sözügedən məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirildi ki, universitetdə baş verən neqativ haldan xəbərdardırlar. Faktla bağlı araşdırma aparılıb və müvafiq tədbir görülüb. Diplomalandan pul tələb edən Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət Verdiyev tutduğu vəzifədən azad olunub.
Təhsil eksperti Kamran Əsədov bildirir ki, eyni halla zaman-zaman müxtəlif ali təhsil müəssisəsində rastlaşmaq olur. Bu problem xüsusən də regionlarda yerləşən universitetlərdə yaşanır.
Onun sözlərinə görə, hər bir tələbə təhsil haqqı ilə bağlı öhdəliklərini tam yerinə yetirdikdə və imtahanlardan keçdikdə diplomunu almaq hüququna malikdir. Qanunvericilikdə də qeyd olunub ki, diplomun və onun əlavəsinin və ya onların dublikatlarının hazırlanması və verilməsinə görə diplomalanlardan heç bir ödəniş tələb oluna bilməz.
Daha ətraflı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialda: