Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 73,4 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.