İsveçin "Malmö" klubunun baş məşqçisi Henrik Rüdström ölkə çempionatının 25-ci turunun "Myalbü" ilə oyununda (2:0) braziliyalı müdafiəçi Buzanellonun meydana çıxmamasını şərh edib.
Sportal.az "Fotbollskanalen"ə istinadən xəbər verir ki, "Malmö"nün çalışdırıcısı braziliyalı futbolçunu riskə atmadıqlarını və ona Avropa Liqasının əsas mərhələsinin 2-ci turunun “Qarabağ”la oyun ərəfəsində dincəlmək imkanı verdiklərini bildirib:
"Biz onun "Qarabağ"la görüşdə daha sağlam və daha qüvvətli olması üçün istirahət verdik".
"Qarabağ" - "Malmö" matçı oktyabrın 3-də Tofiq Bəhramov stadionunda keçiriləcək və görüşə saat 20:45-də start veriləcək.
saytlarin hazirlanmasi