AZ

AFFA-nın üzv təşkilatında ümumi yığıncaq keçirildi - FOTO

“Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin növbəti ümumi yığıncağı keçirilib.

Görüşdə Birliyin üzvləri olan veteran və aktiv hakimlər iştirak ediblər.

İclası giriş sözü ilə açan birliyin sədri Gülağa Cabarov iştirakçıları salamlayıb və qurumun cari ildə olan fəaliyyəti barədə məlumat verib. O, birlik tərəfindən keçirilən görüşlər və seminarlar haqqında danışıb.

Gülağa Cabarov futbol hakimliyimizdə olan müsbət məqamları qeyd edib və onların beynəlxalq arenada daha çox təyinat almalarını xüsusi vurğulayıb.

Daha sonra birliyin üzvləri növbəti dövr üçün fəaliyyət planı üzərində fikir mübadiləsi aparıblar.

İştirakçıların fikirlərinə əsasən, birlik tərəfindən hakimliyin təbliği üçün tədbirlərin artırılması, əlamətdar hadisələrin qeyd edilməsi və azarkeşlər arasında futbol oyun qaydaları ilə bağlı maarifləndirmənin aparılmasına ehtiyac var.

Sonda birliyin üzvlüyünə müraciət etmiş yeni şəxslərin üzvlüyü təsdiq olunub.

“Azərbaycan Futbol Hakimləri” İctimai Birliyi 2003-cü ildən fəaliyyət göstərir və AFFA-nın üzv təşkilatıdır.

Təşkilatın məqsədi futbol hakimliyinin və futbol oyun qaydalarının bütün üsul və vasitələrlə təbliği və inkişafına kömək etməkdən ibarətdir.

SPORTİNFO.AZ

Seçilən
106
5
sportinfo.az

6Mənbələr