AZ

Dünyanın üzərindən sükutla keçdiyi barbarlıq: "Azərbaycanlılar faşizmin qurbanı oldular"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ermənistanın vəhşilikləri, əsrin əvvəllərində olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə də davam etdi. Müharibə qanunlarına məhəl qoymayan, beynəlxalq miqyaslı cinayət törədən düşmən savaş zonasından uzaqda olan şəhərlərimizə kasetli bombalar ataraq günahsız, dinc insanları qətlə yetirdi".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, dünya birliyinin, eləcə də demokratiyadan, fundamental insan hüquqlarından və azadlıqlarından danışan dövlətlərin bu barbarlığın üzərindən sükutla keçdiyini diqqətə çatdırıb:
"Hətta UNESCO tarixi abidələrimizin dağıdılmasına və mənimsənilməsinə göz yumdu və bunu siyasi məsələ kimi qeyd etdi. Buna baxmayaraq, Azərbaycan bu tarixi qələbəsi ilə dünyanın ən qürurlu xalqına çevrildi. Ali Baş Komandan və qəhrəman övladlarımız ermənilərin yüz illərdir özləri haqqında yaratdıqları mifləri darmadağın etdilər".
"Təbii ki, bu vandallıqları tək vətəndaşlarımıza yox, mədəniyyətimizə, incəsənətimizə, tarixi abidələrimizə qarşı da edən Ermənistan mütləq cavab verməlidir. Ermənistan vurduğu bu zərərlərin qarşılığı olaraq Azərbaycana təzminat ödəməlidir. Rəsmi Bakı bununla bağlı beynəlxalq məhkəmələrdə vəsatət qaldırıb və bundan sonra da qaldıracaq. Mənəvi tərəfdən isə Ermənistan bütün bu vəhşiliklərə görə Azərbaycandan üzr istəməlidir", - deyə deputat əlavə edib.
Milli Məclisin deputatı Ramil HəsənOxu.Az-a açıqlamasında Azərbaycanın zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsində mənfur erməni faşizminin iyrənc siyasətindən danışıb:
"Biz müharibə və postmüharibə dövründə, həmçinin antiterror əməliyyatında mülki obyektləri, dinc əhalini qorumaq üçün kifayət qədər ehtiyatlı olsaq da, ermənilər bunun əksini etdilər. Yəni bizim mülki əhalinin qorunması ilə bağlı beynəlxalq hüquqla üzərimizə götürdüyümüz öhdəliklərə riayət etməyimizə baxmayaraq, yüzlərlə dinc vətəndaşımız erməni vəhşiliyinin qurbanı oldu".
O, müharibənin gedişində Gəncənin, Tərtərin, Bərdənin raket atəşinə tutulmasını xatırladıb:
"Nəticədə uşaqlar, qadınlar, qocalar da daxil olmaqla 200-dən çox mülki vətəndaşımız həyatını itirdi və onlar məhz mənfur düşmənin faşizm siyasətinin qurbanı oldular. Bu, ermənilərin dövlət səviyyəsində həyata keçirdikləri terror siyasətinin daha bir nümunəsi idi".
"Amma təbii ki, Azərbaycan xalqı təslim olmadı, mətnliyini qorudu və Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək dəmir yumruq kimi düşmənin başına sarsıdıcı zərbələr endirdi. Nəticədə Şuşanın azad edilməsi ilə Vətən savaşımız qalibiyyətlə başa çatdı.
Ancaq nə qədər müddət keçsə də, terror qurbanı olan vətəndaşlarımızı unutmamalı, bu mənfur siyasəti həyata keçirən Ermənistan dövlətinin və onun vaxtilə işğal altında saxladığı Qarabağdakı əlaltılarının ölkəmizə və vətəndaşlarımıza qarşı törətdikləri cinayətləri yaddan çıxarmamalıyıq", - deyə deputat fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
Seçilən
16
18
oxu.az

10Mənbələr