“Rusiya ABŞ-la münasibətlərin normallaşmasını gözləmir və uzunmüddətli siyasi və hərbi qarşıdurmaya hazırdır”.
Leqal.info RİA “Novosti”yə bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə əsasən, rəsmi Moskva dəfələrlə Vaşinqtona bununla bağlı siqnallar göndərib. Rusiya XİN-in rəsmisi ABŞ-nin Rusiyanı məğlub edə bilməyəcəyini də sözlərinə əlavə edib:
“ABŞ-dəki hər iki siyasi partiyada Rusiya ilə münasibətlərə dair vahid fikir mövcuddur. Ona görə də münasibətlərimizin normallaşmasına dair hər hansı illüziyalara qapılmağı doğru saymıram”.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta