AZ

“İranın İsrailə hücumu qanunidir”

İran İsrailə raket hücumunu suverenliyin pozulmasına qanuni cavab hesab edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Sionist rejimin İran vətəndaşlarına və maraqlarına qarşı yönəlmiş, İran İslam Respublikasının milli suverenliyini pozan terror aktlarına rasional və qanuni cavabı layiqincə yerinə yetirilib”, - diplomatik nümayəndəliyin məlumatında qeyd olunub.

Seçilən
110
28
qafqazinfo.az

10Mənbələr