AZ

Müharibə bütün Yaxın Şərqə yayıldı- İran İsrailə 500-ə yaxın raket atdı, ardınca Təl-Əvivi hədələdi...

Image

İsrail ordusu Livana hücum etdikdən sonra İran İsrailə qarşı böyük hücuma keçib. İran axşam saatlarında Təl-Əvivi və müəyyən bölgələri ballistik raket zərbələri endirib. İsrail ordusu isə dərhal mülki şəxsləri sığınacaqlara girməyə çağırıb.

İran mənbələri hücumdan dərhal sonra 500-ə yaxın raketin atıldığını, səs sürətini aşan raketlərdən də istifadə edildiyini açıqlayıb. İran mediası da hücumda səs sürətini aşan "Fettah 1" raketlərindən istifadə edildiyini yazıb. İsrail Müdafiə Nazirliyi isə hücumdan sonra 200 raketin atıldığını açıqlayıb.

İranın hücumundan dərhal sonra təcili toplantı keçirən ABŞ prezidenti Bayden Amerika ordusuna İsraili İranın hücumlarına qarşı müdafiə etməyi və İsraili hədəf alan raketləri vurmağı tapşırıb.

İran Dövlət Televiziyası İsrailin Dəmir Qübbəsinin təsirsiz olduğunu və atılan raketlərin 80 faizinin hədəfinə çatdığını iddia edib. İsrail ordusu isə Dəmir Qübbənin qarşısını ala bilmədiyi bir çox raketin binaları hədəf aldığını açıqlayıb. İsrailin açıqlamalarına görə, 180 raket birbaşa şəhərlərə, qalanları isə boş ərazilərə düşüb.

İsrail Ordusunun sözçüsü Daniel Hagari İranın raket hücumunun "bir bədəli olacağını" və buna cavab verəcəklərini bildirib. İsrailin müdafiə və hücuma hazır olduğunu bildirən İsrailin BMT-dəki nümayəndəsi Denni Danon da X sosial media platformasındakı paylaşımında İsrail vətəndaşlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək. “Əvvəllər beynəlxalq ictimaiyyətə açıqladığımız kimi, İsrailə hücum edən istənilən düşmən sərt cavab alacaq”.

“Haniyə, Nəsrullah və Nilfuroşanın qisasını almaq üçün işğal olunmuş ərazinin ürəyini hədəf aldıqlarını" deyən İran İnqilab Keşikçiləri Korpusu isə “Əgər İsrail İranın hücumlarına cavab versə, daha şiddətli hücumlarla üzləşəcək" deyə bildirib. İranın BMT-dəki Nümayəndəliyi də bəyanat yayaraq bildirib ki, əgər İsrail cavab verməyə qalxsa və ya düşməncəsinə hərəkətlər etsə, daha dağıdıcı cavabla qarşılaşacaq. 

İran prezidenti Pezeşkian X sosial media hesabında paylaşdığı mesajında ölkəsinin İsrailə qarşı raket hücumlarının "İran və regionun sülh və təhlükəsizliyi üçün qanuni hüquqlara əsaslanaraq" edildiyini deyib.

İsrailin təcavüzünə "qətiyyətli cavab" verdiklərini bildirən Pezeşkian hücumların İranın maraqlarını və vətəndaşlarını müdafiə etmək üçün edildiyini bildirib: "Netanyahu bilməlidir ki, İran müharibəyə can atmır, lakin hər təhlükəyə qəti şəkildə cavab verəcək. Bu, gücümüzün yalnız bir hissəsi idi. İranla münaqişəyə girməyin".

TAHİR





Seçilən
125
33
baki-xeber.com

10Mənbələr