AZ

Köpəkbalığının hücum etdiyi insan sağ qaldı - FOTOlar

Köpəkbalığının hücumunun qurbanı olan 20 yaşlı Anqus Kokott möcüzəvi şəkildə sağ qala bilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Daily Star" tabloidi məlumat yayıb.

2.5 metrlik yırtıcı anidən peyda olub və onun əlindən yapışıb. İnsident Fransız Polineziyasının Manqareva adası yaxınlığında baş verib.

Su dayaz olub, lakin bu, boz rif köpəkbalığının hücumuna mane olmayıb. Kokott özünü itirməyib. O, cəld şəkildə dalğıc troslarını kəsmək üçün nəzərdə tutulmuş bıçağını çıxarıb və köpəkbalığını qəlpələrinə vurub. Balıq Anqusu buraxıb, amma onun dişləri oğlanın əlində ilişib və xəsarət yetirib.

Həkimlər dəri və sinir transplantasiyası əməliyyatı aparıb, zədələnmiş əzadan diş fraqmentlərini çıxarıblar. Oğlan hələ də fizioterapiya və sinir müalicəsi keçir, lakin okeana qayıtmağı səbirsizliklə gözlədiyini deyir.

Kokott, yırtıcı heyvanın hücumunu həyatında onu müəyyənləşdirən bir təcrübə hesab edir və hətta xatirə kimi köpəkbalığının dişlərindən sırğalar düzəldib.

"Köpəkbalığı məni dişləyəndə panikaya vaxt yox idi. Belə vəziyyətlərdə orqanizmdə o qədər adrenalin ifraz olunur ki, sadəcə hərəkət etmək lazımdır. Əvvəlcə çox güclü ağrı hiss etdim və həqiqətən qolumu itirəcəyimi düşündüm. Düşünürəm ki, mən onun ərazisinə daxil olmuşdum, buna görə heyvanı günahlandırmaq olmaz" , - deyə o, yaşadıqlarını təsvir edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
261
50
milli.az

10Mənbələr