Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın təyyarəsi bir neçə saat əvvəl yola düşdükdən sonra Mexikoda təcili eniş edib.
News24.az Publika.az-a istinadən xəbər verir ki, Latın Amerikası ölkəsinin hökuməti bu barədə İnstaqramda məlumat verib.
“Prezident Luiz İnasio Lula da Silva və Braziliya nümayəndə heyətinin bir hissəsini daşıyan təyyarə texniki nasazlığın müəyyən edilməsindən sonra təhlükəsiz şəkildə Meksikaya eniş edib”, - məlumatda bildirilib.
Uçuş izləmə xidmətlərinin məlumatına görə, dövlət başçısını aparan təyyarə 4 saat 58 dəqiqə Meksika ştatının səmasında olub.
Lula da Silva ölkə prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimi ilə əlaqədar Meksikada olub. Bayram şənlikləri başa çatdıqdan sonra içərisində daha 15 nəfərin olduğu Braziliya liderinin təyyarəsi Mexikodan havaya qalxıb. Bir müddət sonra texniki problemlər yaranmağa başlayıb. Təyyarənin turbininə quş girmiş ola bilər. Ekipaj təyyarəni uçuş hava limanına qaytarmaq qərarına gəlib.
Oktyabrın 1-də axşam saatlarında Rusiya baş nazirinin müavini Dmitri Çernışenkonun başçılıq etdiyi Rusiya nümayəndə heyətinin Qətərə uçan təyyarəsi İranın hava məkanının bağlanması ilə əlaqədar geri döbün və Mineralnıye Vodıya enib. Qeyd olunub ki, nümayəndə heyəti oktyabrın 2-3-də keçiriləcək üçüncü Asiya Əməkdaşlıq Dialoqu sammitində iştirak etmək üçün Qətərin paytaxtı Dohaya getməli olub.