AZ

Ukrayna Livandan 179 nəfəri, o cümlədən 134 ukraynalını təxliyə edib

Ukrayna Livandan 179 nəfəri uğurla geri qaytarıb. Onların arasında 134 Ukrayna vətəndaşı, 45 əcnəbi var.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“2024-cü il oktyabrın 1-də Ukrayna Prezidentinin tapşırığı ilə Ukrayna Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Livanda olan vətəndaşların təxliyyəsi üzrə növbəti əməliyyatı uğurla həyata keçirib”, - deyə məlumatda bildirilir.

Ümumilikdə 179 nəfər təxliyə edilib. Ukraynalılar arasında 112 böyüklər və 22 uşaq var. Bundan əlavə, daha 45 nəfər, o cümlədən Polşa, Çexiya, Litva, Moldova, Braziliya və Livan vətəndaşları təxliyə edilib.

“Bu əməliyyat regionda təhlükəsizlik və iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar Ukrayna vətəndaşlarının geri qaytarılması üzrə daha geniş səylərin bir hissəsi olub. Üç evakuasiya missiyası çərçivəsində 189-u Ukrayna vətəndaşı və 45-i əcnəbi olmaqla 234 nəfər Livandan təxliyə edilib”,- deyə nazirlik bəyan edib.

Oxuməni.az

Seçilən
9
2
oxumeni.az

3Mənbələr