Bakı.Trend:
Bu günədək Dövlət Komissiyası tərəfindən işğaldan azad olunmuşərazilərdə aşkarlanmış 18 kütləvi məzarlıqdan və görülmüş digərtəxirəsalınmaz tədbirlər çərçivəsində 642 itkin şəxsə aid meyitqalığı ekshumasiya edilmişdir.
Trend xəbərverir ki, bunu Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli:ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi" mövzusundabeynəlxalq konfransda çıxışı zamanı Dövlət TəhlükəsizliyiXidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girovgötürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri ƏliNağıyev deyib.
DTX rəisi bildirib ki, hazırkı dövrədək aşkarlanmış meyitqalıqlarının məhkəmə molekulyar-genetik ekspertizası nəticəsindəBirinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərininşəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanmışdır.
“Onlardan 131-nin eyniləşdirilməsi Azərbaycan RespublikasınınDövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin nəzdindəfəaliyyət göstərən Genetik Araşdırmalar Mərkəzi tərəfindən həyatakeçirilmişdir. Həmin Mərkəz Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin müvafiq tapşırığı ilə 2022-ci ildəyaradılmışdır”, - deyə Ə. Nağıyev qeyd edib.