AZ

Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..

Beynəlxalq aləmin bir neçə ildir müzakirə etdiyi əsas mövzu Rusiyanın Ukrayna və Ukraynaya hərbi dəstək verən ölkələrə qarşı nüvə silahından istifadə edib-etməyəcəyidir. İsrail-İran müharibəsi eyni mövzunu bu iki ölkə üçün aktuallaşdırıb. İsrail etiraf etməsə də, yüzdən çox nüvə silahına malikdir. İran da etiraf etməsə, ya bir neçə nüvə silahına artıq yiyələnib, ya da hədəfinə çatmağa çox yaxındır. Hələ ki, havada raketlər uçuşur, ancaq müharibənin şiddətlənəcəyi halda bu bölgədə nüvə müharibəsi ehtimalı barədə də danışılmağa başlanacaq. “Heç bir lider nüvə düyməsinə basmaz, çünki bu fəlakət olar” prinsipi işləməyə də bilər, əks halda Rusiya rəsmiləri bu mövzuda ehtiyatlı açıqlama verərdilər. Odur ki, regional müharibələr genişləndikcə, nüvə silahına malik olmaq istəyən dövlətlərin sayı artacaq. Misal üçün Türkiyə və Səudiyyə Ərəbistanı bu haqda düşünməyə başlayacaq.Elxan Şahinoğlu - Dia-az.Media

Seçilən
38
5
dia-az.info

6Mənbələr