AZ

Üç övladı xəstə olan ana fəryad edir: "Müalicələri çatdıra bilmirik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fatimə, Sahib və Dilarə Sultanovların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Nərgiz Sultanova məlumat yayıb.
O bildirib ki, övladları serebral iflic və autizm xəstəliklərindən əziyyət çəkirlər:
"Fatimənin 15, Sahibin 13, Dilarənin isə 10 yaşı var. Fatimə anadangəlmə serebral iflic, Sahib autizm və bel yırtığı, Dilarə autizm və serebral iflic xəstəliklərindən əziyyət çəkirlər. Sahib ötən həftə sizin saytın izləyicilərinin dəstəyi ilə əməliyyat olundu. İndi vəziyyəti stabildir. Amma qızlarımın masajına, nə də müalicəsinə imkanımız çatmır".
Nərgiz Sultanov övladlarının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Mən iki dəfə ağır əməliyyat keçirmişəm, uşaqlara tək baxa bilmirəm. Buna görə də yoldaşım daimi iş tapıb işləyə bilmir. Gündəlik işlərə gedir. Uşaqlara tək baxmağa inanın gücüm çatmır. Uşaqların pensiyası ilə bir təhər dolanırıq. Qızlarımın ikisinin masajları, dərmanları üçün bizim 1 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə bu çətin yolda dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 302-95-48.
Kapital Bank: 4169 7388 8539 5032.
phrase_var_article.chosen
89
29
oxu.az

10phrase_var_article.sources