İsrailin Danimarkadakı səfirliyi yaxınlığında iki partlayış baş verib.
Publika.az xəbər verir ki bu barədə "Reuters" polisin bəyanatına istinadən məlumat yayıb.
Polis araşdırma aparır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, oktyabrın 1-də axşam İran İsrailə bir neçə yüz ballistik raket atıb. İran hücumun "Hizbullah" və HƏMAS liderlərinin məhvinə cavab olduğunu bildirib.