AZ

Bakıda kişi arvadını birinci ərinə qısqanaraq döydü — TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda 1987-ci il təvəllüdlü Tural qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zoyaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 9-da baş verib. 

Tural həmin gün saat 22 radələrində yaşadığl evdə arvadı Zoya ilə aralarında olan şəxsi münasibətlər və qısqanclıq zəmnində yaranmış mübahisə zamanı yumruq zərbələri ilə qəsdən vuraraq ona xəsarətlər yetirib. 

Hadisə törədən Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirlən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O, ifadəsində göstərib ki, Zoya ilə 2012-ci ildə rəsmi olaraq ailə həyatı qurub: 

“Bizim birgə nikahımızdan iki uşağımız dünyaya gəlib. Mən evli olmuşam, həmin evlilikdən bir oğlu var. Digər nikahdan olan oğlun bizimlə a birlikdə yaşayıb. Evlilik vaxtında münasibətlərimiz normal olmayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin noyabrın 9-da işdən evə gələn zaman bacısı evdə olub: 

“Yemək yeyən zaman yoldaşımın telefonuna “Qumu” kimi qeyd etdiyi şəxsdən zəng gəldi. Mən həmin şəxsin kim olduğunu soruşduqda iş yoldaşı olduğunu bildirdi. Ona zəng edənin kim olduğunu soruşdum. Arvadım mənə zəng edənin iş yoldaşı olduğunu dedi. Bu zaman telefonu söndürdü. 

Yenidən ona zəng gələn zaman həmin zəng edənin nə səbəbə zəng etdiyini soruşdum. Həmin vaxt telefon stolun üstündə olan zaman nömrəni yadımda saxladım. Zoya telefonu stoldan götürən zaman yenidən həmin nömrədən zəng gəldi. Zoya zəngə cavab verməyərək telefonu söndürdü. Mən öz telefonumda nömrəni axtarışa vuran zaman Cəlil adı çıxdı. Cəlil Zoyanın məndən öncə evləndiyi şəxsin adıdır. Bunu bilən zaman telefonu onun əlindən aldım və nə səbəbə yalan danışdığını soruşdum. O isə cavab vermədi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Zoyanın qolundan tutaraq başının arxa nahiyəsindən şillə ilə vuraraq, qapıdan çölə çıxarıb və və bacısına onu evdən qovmasını tapşırıb: 

“Bu zaman bacım Zoyanın başının divara vurmasını dedi. Bunu eşidən zaman onu həyətdən çölə çıxartmaq üçün qapıdan çıxan zaman məni görərək qorxaraq oranı tərk etdi. Sonra bacım Zoyanın qapıdan çöldə qışqırdığını və səs-küy saldığını bildirdi. Bu zaman evdən çölə çıxmadım. Bu hadisədən 3 gün sonra məni 31-cü polis şöbəsinə dəvət etdilər”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Zoyanın sözlərinə görə, əri Tural ilə 2012-ci ildə rəsmi olaraq ailə həyatı qurub: 

“Tural mənim 2-ci ərimdir. Bizim birgə nikahımızdan 2 övladımız dünyaya gəlib. Onunla evli olduğum ilk 2 il müddətdə normal münasibətimiz olub. Lakin sonradan aramızda mütəmadi olaraq münaqişələr oldu və hər mübahisə etdikdə məni söyüb təhqir etdi. 

Hətta, münaqişə zəminində məni döydüyü vaxtlar da olub. Lakin bu barədə heç bir şikayət etməmişəm. Ərim xırda problemləri belə böyüdərək mənimlə mübahisələr edib. Bu səbəbdən onunla münasibətim demək olar ki tamamilə pisləşib”. 

Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə noyabrın 9-da, saat 23 radələrində evdə olan zaman yenidən aralarında mübahisə yaranıb: 

“Həmin vaxt ondan ayırılacağımı bildirdikdə uşaqları məndən alacağı ilə qorxuzaraq hədələdi. Daha sonra əsəbi halda mənə tərəf gələrək baş və bədənimin müxtəlif nahiyyələrindən bir neçə dəfə yumruq zərbələri ilə vuraraq döyməyə başladı. Həmin vaxt bacısı da orada olub. Bizi ayırmaq istəsə də, Tural onu da döyəcəyi ilə hədələdiyi üçün qorxaraq mənə yaxınlaşmayıb. Aramızda olan mübahisə 30 dəqiqə davam etdi”. 

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Tural 10 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.


Fariz Məlikli
Demokrat.az
Seçilən
92
2
demokrat.az

2Mənbələr