AZ

Qlobal iqlim dəyişikliyinin yol açdığı problemlərin insan hüquqlarının təmin edilməsinə təsiri müzakirə edildi

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Forumuçərçivəsində Milli İnsan Hüquqları Təsisatlarının AvropaŞəbəkəsinin (ENNHRI) baş katibi Debbi Kohner ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Ombudsman regional və beynəlxalqtəşkilatlarla, o cümlədən ENNHRI ilə səmərəli əməkdaşlıqəlaqələrindən danışıb.

İnsan hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətindəölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verən Müvəkkil“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili(ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərəəsasən bərabərlik hüququnun təmini, ayrı-seçkiliyin qarşısınınalınması və bir sıra digər istiqamətlərdə mandatınıngenişləndirildiyini bildirib.

Görüşdə qlobal iqlim dəyişikliyinin yol açdığı problemlərininsan hüquqlarının təmin edilməsinə təsiri və bu problemlərin həlliyollarının müzakirəsi və əldə olunan müsbət təcrübələrin mübadiləsibaxımından Ombudsmanların Beynəlxalq Bakı Forumunun vacibliyivurğulanıb, bu cür təşəbbüslərin davam etdirilməsinin əhəmiyyətiqeyd edilib.

ENNHRI-nin baş katibi Debbi Kohner öz növbəsində səmimi görüşəgörə təşəkkürünü bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərmüzakirə olunub.

Seçilən
16
az.trend.az

1Mənbələr