AZ

Dilənçinin üzərindən 12 min 980 lirə çıxdı


Türkiyədə üzərində 12 min 980 lirə olan OK adlı dilənçi (50 yaş) Hatayda polis qrupları tərəfindən saxlanılıb.
Yenavaz.com
xəbər verir ki, polis qrupları Antakya mərkəzinin Haraparası Məhəlləsində həyata keçirilən növbəti patrul xidməti zamanı OK-nın dilənçiliklə məşğul olduğunu müəyyən edib.
İnsanların hisslərindən istifadə edərək pul toplayan OK saxlanıldıqdan sonra üzərində axtarış aparılıb. Axtarışda məhkumun üzərindən 12 min 980 lirə çıxıb.
Polis qrupları pulları ələ keçirərkən, OK haqqında inzibati tədbir görülüb.
Seçilən
80
2
yeniavaz.com

3Mənbələr