AZ

Tofiq Həsənovun medalları əlindən alındı - Sərəncam

Ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov ali xüsusi rütbəsindən məhrum edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncamda qeyd olunur ki, Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və "Vətən uğrunda” medalından məhrum edilsin".
 
Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib. 
 
General Həsənov külli miqdarda rüşvət almaqda təqsirli bilinir. 
 
Tofiq Həsənov 2023-cü il Dövlət Təhlükəsizliyi Xidmətində (DXT) istintaqı aparılan cinayət işi üzrə saxlanılıb. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvətalmada təqsirləndirilən general haqda həbs qətimkan tədbiri seçilib.
 
Aytac 

www.anews.az
Seçilən
88
anews.az

1Mənbələr