Sərəncamda qeyd olunur ki, Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və "Vətən uğrunda” medalından məhrum edilsin".
Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.
General Həsənov külli miqdarda rüşvət almaqda təqsirli bilinir.
Tofiq Həsənov 2023-cü il Dövlət Təhlükəsizliyi Xidmətində (DXT) istintaqı aparılan cinayət işi üzrə saxlanılıb. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvətalmada təqsirləndirilən general haqda həbs qətimkan tədbiri seçilib.
Aytac
www.anews.az