Bakı. Trend:
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycannümayəndəliyini kənarlaşdırmaqla öz legitimliyini zədələyir.
Trend xəbər verir ki, bubarədə AŞPA-nın Serbiya üzrə nümayəndə heyətinin üzvü Elvira Kovaçdeyib.
"AŞPA, demək olar ki, bütün Avropa ölkələrinin parlamentlərinintərkibini əks etdirdiyindən, ən geniş demokratik legitimliyə malikAvropa siyasi orqanıdır. Bu ilin yanvarında Azərbaycannümayəndəliyinin səlahiyyətlərini ratifikasiya etməmək qərarı, onunöz legitimliyini zədələmək riski daşıyır ", - deyə o bildirib.
E.Kovaç vurğulayıb ki, AŞPA bu qərarı ilə yalnız özlegitimliyini deyil, həm də konstruktiv dialoq platforması kimi onaolan etimadı zədələyir, çünki ən azı 10 milyon Avropa ölkəsininvətəndaşı artıq onun sıralarında təmsil olunmur və səsverməhüququndan məhrumdur.
“Bu gün Azərbaycan beynəlxalq hüquqa, sülhə və təhlükəsizliyəəsaslanan beynəlxalq nizamda mühüm bir amildir. Onun mədəniyyətininyüksək nailiyyətləri Avropanın mədəni mozaikasının ayrılmaz birhissəsidir, təbii resursları isə qitənin rifahı üçün həyatiəhəmiyyət kəsb edir. Azərbaycan, Avropa Şurasının dəyərlərini sualaltına alanların olduğu bir bölgədə yerləşir və bu dəyərlər heçşübhəsiz, ideal bir yaşam forması kimi qəbul edilmir. Mən düşünürəmki, AŞPA-da Azərbaycan nümayəndəliyinin səlahiyyətlərinin alınması,vətəndaşların birbaşa təmsil olunduğu bir orqanda yanlışdır”, - ovurğulayıb.
Deputat əmindir ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-nınişində tam iştirakı əhalinin bu mühüm hissəsi arasında Avropadəyərlərinin və demokratik prosedurların polarizasiyasına təsirgöstərə bilər.
“Mən, Azərbaycan nümayəndəliyinin AŞPA-da iştirakı ilə dialoqaqayıdılmasını və fəaliyyətini bərpa etməyə çağırıram. Ümid edirəmki, AŞPA bərabərhüquqlu və inklüziv bir dialoq platforması kimifəaliyyət göstərməli və bu ideyanın irəliləməsinə üstünlükverməlidir”, - E.Kovaç əlavə edib.