İran Prezidenti Məsud Pezeşkian bu gün Qətərə səfər edəcək.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, M.Pezeşkian III “Asiyada əməkdaşlıq dialoqu” sammitində iştirak edəcək.
İkigünlük səfərdə İran Prezidentini yüksək səviyyəli siyasi və iqtisadi heyət müşayiət edəcək.
Səfər çərçivəsində Məsud Pezeşkianın Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani və digər ölkələrin rəhbərləri ilə görüşləri planlaşdırılır.
Qeyd edək ki, Asiyada Əməkdaşlıq Dialoqu Forumu 2002-ci ildə Asiya ölkələrinin qlobal iqtisadiyyatda rəqabət qabiliyyətini artırmaq məqsədilə yaradılıb. Forumda 34 ölkə iştirak edir.