AZ

Rusiya XİN vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib

Rusiyanın Tehrandakı səfirliyi İsrail və İran arasında münasibətlərin pisləşməsi fonunda regiondakı vəziyyət normallaşana qədər rusiyalılara İrana səfərlərdən çəkinməyi tövsiyə edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya səfirliyinnin Telegram kanalında məlumat yerləşdirilib.

"İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya səfirliyi Rusiya Federasiyası vətəndaşlarına müvəqqəti olaraq vəziyyət normallaşana qədər İran İslam Respublikasına səfərlərdən çəkinməyi tövsiyə edir", - deyə diplomatik missiyanın bəyanatında bildirilib.

Seçilən
23
6
apa.az

10Mənbələr