AZ

"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei

"Bu ölkələr sözdə sülh və təhlükəsizliyə tərəfdardır, əslində isə məhz onlar müharibələrə təhrik edir..."
 
Dünən İranın İsrailə raket  zərbələri və İsrailin ciddi cavab zərbələri təhdidlərindən sonra İranın Ali dini lideri Əli Xamenei regionda sabitliyin pozulmasında əsl günahkarların adlarını açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co.il" nəşri yazıb.
 
O, bəyan edib ki, "Amerika və Avropanın regionda mövcudluğu əsas problem və müharibələrin səbəbidir". Onun sözlərinə görə, ABŞ və Avropanın bəzi ölkələri sözdə sülh və təhlükəsizliyə tərəfdardır, əslində isə məhz onlar müharibələrə təhrik edir.
 
Xamenei əlavə edib ki, əgər bu ölkələr regionu tərk etsələr, müdaxiləyə son qoysalar, müharibələrə dərhal və həmişəlik son qoyulacaq, region ölkələri sülh şəraitində yaşayacaq.
 
Bu arada isə İran İnqilabı Keşikçiləri Korpusunun (SEHAB) nümayəndələri məlumat verib ki, ordu İsrail və ya ABŞ-ın ötən gecə raket zərbələrinə cavab vermək qərarına gələcəyi təqdirdə yüzlərlə raketi gözləmə rejiminə keçirib. Onlar izah edib ki, raketlər İranın qərb sərhəddinin yaxınlığında yerləşdirilib.
 
İran həmçinin özünün İraq, Suriya və Yəməndəki proksiləri vasitəsilə hərəkətə keçə
bilər. SEHAP-a yaxın olan hərbi analitik Əli Abdinin sözlərinə görə, dünənki raket hücumu İranın və bir sıra müqavimət qruplaşmalarının planlaşdırdığı "20 əməliyyatlardan biridir". 
 
Buna paralel olaraq Pentaqon üç əlavə təyyarələr eskadrilyası daxil olmaqla Yaxın Şərqə daha min amerikalı hərbi qulluqçuları göndərməyə hazırlaşır, Amerika KİV-ləri məlumat verib.
 
Bu arada isə İranın XİN rəhbəri Abbas Araqçı bəyan edib ki, oktyabrın 1-də İsrailə tuşlanan raketləri ələ keçirənlər məsuliyyət daşıyacaq. Bu barədə CNN telekanalı məlumat yayıb.
 
Bu raketlərin dəf edilməsində İordaniya, ABŞ və Böyük Britaniya iştirak edib. 
 
İranın Müdafiə Nazirliyi İsrailə xəbərdarlıq edib ki, "cinayətkar sionist rejimi tərəfindən istənilən yanlışlıq ona gətirib çıxaracaq ki, İran texnika və silahı tətbiq edəcək və növbəti cavab tədbirlərində sionist rejiminin çürük bədəninə daha sərt və ağrılı zərbələr endirəcək".
Seçilən
101
50
moderator.az

10Mənbələr