AZ

İsrail BMT-ni İrana sanksiyalar tətbiq etməyə ÇAĞIRDI: “Terror dövlətidir” - VİDEO

İsrail hökuməti BMT-ni İrana qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə təcili iclasında bildirib.
 

“İranın “Ayətullah” rejimi özünün terrorçuluq simasını bir daha sübut etdi. Bildiyimiz kimi İran uzun illər ərzində terorr qruplaşmalarını silahlandıran ölkələrdən biridir. Həmçinin bütün dünyada mülki şəxslərin ölümünə məhz İran istehsalı silahlar olur”, - Denni Danon qeyd edib.


O əlavə edib ki, Yaxın Şərqdə gərginliyin azaldılması çağırışlarının vaxtı başa çatıb.


Bizim.Media

Seçilən
0
1
bizim.media

10Mənbələr