AZ

HƏMAS Təl-Əvivdəki terroru öz üzərinə götürdü


Fələstinin HƏMAS qruplaşması oktyabrın 1-də Təl-Əvivin cənubunda yerləşən Yaffada törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” HƏMAS-ın hərbi qanadı olan İzəddin əl-Qəssam briqadasının bəyanatına istinadən məlumat yayıb.
“The Times of Israel” yazır ki, hücumu həyata keçirən iki terrorçu –Məhəmməd Mesek və Əhməd Himuni terror qruplaşmasının üzvləridir.
Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında Yaffada tramvay dayanacağında iki silahlı terrorçu mülki şəxslərə avtomatdan atəş açıb. Hücum edənlər zərərsizləşdirilib.
Son məlumatlara görə, terror aktı nəticəsində 7 nəfər həlak olub, 16 nəfər yaralanıb.
 
Seçilən
46
1
yeniavaz.com

3Mənbələr