AZ

"Əmanətlərin Sığortalanması Fondu" işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA

Əmanətlərin Sığortalanması Fondu

Şöbə müdiri/baş mütəxəssis

Son tarix 02 noy 2024 - [email protected]

İdarə, təşkilat: Əmanətlərin Sığortalanması Fondu

Vakansiya: Maliyyə Departamenti, Büdcə və hesabatlılıq şöbəsinin Şöbə müdiri/baş mütəxəssisi

İşin təsviri:

  • ƏSF-nin və onun nəzarətində olan LPO Bankların aylıq/rüblük/illik maliyyə hesabatlarının hazırlanması;
  • LPO Bankların mühasibat uçotu üzrə siyasətin yenilənməsində iştirak edilməsi və uçotun mövcud siyasətə uyğun aparılmasına nəzarət edilməsi;
  • AMB tərəfindən hesabatlılıq ilə bağlı müraciətlərin cavablandırılması (müvafiq hesabat formalarına əsasən hesabatların təqdim edilməsi);
  • LPO Bankların illik büdcəsinin hazırlanması və daha sonra aylıq əsasla faktiki nəticələrin büdcə ilə müqayisəli təhlilinin aparılması (kənarlaşma aşkar edildiyi halda, rəhbərliyin məlumatlandırılması);
  • LPO Bankların balansında olan digər aktivlərin və digər öhdəliklərin təhlilində iştirak edilməsi və təhlilin ilkin nəticələri üzrə müvafiq düzəlişlərin verilməsinə nəzarət edilməsi;
  • Rəhbərlik tərəfindən gələn digər əlaqəli tapşırıqların icrası.

Tələblər:

  • Maliyyə/mühasibatlıq və ya digər anoloji sahədə ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi (bank təcrübəsi olanlara üstünlük veriləcəkdir);
  • MS Office proqramları üzrə biliklər (xüsusilə Excel biliyi və mürəkkəb formulaların tətbiqi bacarığı mütləqdir);
  • ACCA sertifikatlarının olması arzuolunandır (Financial Accounting, Financial Reporting və s.);
  • GNI proqramından istifadə təcrübəsi arzuolunandır;
  • Power BI üzrə təcrübə olması üstünlükdür.

Əmək haqqı:

  • 2000 AZN-dən yuxarı
Seçilən
10
fed.az

1Mənbələr