Oktyabrın 2-nə keçən gecə Günəşdə günəş aktivliyinin hazırkı dövrəsində ikinci ən güclü partlayış qeydə alınıb.
Referans.az xarici KİV-ə istinadən bildirir ki, ilkin məlumatlara görə, oktyabrın 5-nə keçən gecə Günəş plazmasının atılması Yerə düşəcək.
Güclü günəş partlayışı haqqında nə məlumdur?
Alimlərin dediyi kimi, X7.1 səviyyəsinin partlayışı oktyabrın 2-də Bakı vaxtı ilə saat 02:20-də qeydə alınıb.
Demək olar ki, Günəşin mərkəzində planetimizə maksimum təsir zonasında baş verib.
Hazırkı günəş tsiklinin başlanğıcından, yəni son 7 il ərzində daha güclü partlayış yalnız bir dəfə, bu ilin may ayında qeydə alınıb.
O zaman rekord səviyyəli maqnit qasırğaları fonunda X8.7 səviyyəsinin partlayışı baş verib.
Hazırkı partlayış alimlər üçün gözlənilməz olub: son iki həftədə Günəş sakitləşib, sentyabrın 14-dən bəri ən yüksək miqyasda bir dənə də olsun partlayış baş verməyib.
İlkin məlumatlara görə, oktyabrın 5-nə keçən gecə Günəş plazmasının Yerə zərbəsi baş verə bilər.
Lakin bildirilib ki, dəqiq proqnoz vermək üçün partlayışdan çox az vaxt keçib.
Digər məlumata görə, partlayışın baş verdiyi aktiv mərkəz daha beş gün ərzində Yer kürəsinə təsir zonasında qalacaq./Lent.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta