ABŞ Ukraynaya 237 milyon dollar ayırmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin saytında məlumat dərc edilib. Vəsait Ukraynada və bölgədəki qaçqınlar üçün sərf olunacaq. Söhbət, xüsusilə, ərzaq və mənzil təminatından gedir. Bundan əlavə, “Ukraynada fiziki reabilitasiya sisteminin potensialının gücləndirilməsi” üçün 13 milyon dollar ayırılıb.