AZ

Türkiyədə iki gənc uçuruma düşən avtomobildən sağ çıxdı: ANBAAN görüntülər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Gümüşhane bölgəsində idarəetməni itirən avtomobil 50 metrlik uçuruma düşüb.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Avtomobilin içində olan 4 nəfərdən ikisi özbaşına içəridən çıxa bilib və kömək istəmək üçün 200 metrlik uçura enib. İki gənc uçurumun kənarında xilas olmaq üçün saatlarla gözləyib.
Məlumata görə, səhər saat 5:30-da yağış səbəbindən sürüşkən yolda avtomobilin sürücüsü Eren Gök idarəetməni itirib və 50 metrlik uçuruma yuvarlanıb. Nəticədə maşın tərs çevrilib. Sürücü və Ebru Altınkaya adlı qadın yaralanıblar. Digər iki sərnişin Arif Bulut və Narin Salva öz imkanları ilə maşından çıxıblar və kömək istəmək üçün maşının düşdüyü yerdən təxminən 200 metr aşağıya eniblər. Lakin qaranlıq olduğu üçün yollarını itiriblər. Uçurumun kənarında çarəsiz qalan iki gəncin kömək fəryadını məhəllə sakinləri eşidiblər və aidiyyəti qurumlara xəbər veriblər.
Hadisə yerinə sağlamlıq, polis, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi, yanğınsöndürmə əməkdaşları və Milli Tibbi Xilasetmə Qrupu göndərilib.
Qəzada yaralanan dörd sərnişin hadisə yerində edilən ilk müdaxilədən sonra Gümüşhane Dövlət Xəstəxanasına aparılıb və onlara tibbi yardım göstərilib, həyati təhlükələrinin olmadığı barədə xəbər verilib.
Seçilən
159
50
oxu.az

10Mənbələr