AZ

Hər gün bir nar yeyin!

Qırmızı rəngi ilə seçilən nar güclü antioksidant mənbəyidir. Son araşdırmalar narın zəngin tərkibi olduğunu təsdiqləyir. İnsanı xərçəngdən tutmuş qan təzyiqinə qədər bir çox xəstəliklərdən qoruyur. 

“Qafqazinfo” narın faydalarını təqdim edir.

Narın tərkibində ən çox kalsium, kalium və dəmir mineralları var. Bundan əlavə, A, C, K və B vitaminləri ilə zəngin bir meyvədir.

Araşdırmalar göstərir ki, nar və nar şirəsi yaşıl çaydan üç dəfə çox antioksidant aktivliyə malikdir. Bu antioksidanlar stress, qidalanma və ətraf mühitdəki mənfi şərtlərin bədənimizə vurduğu zərərin qarşısını alır.

Xroniki iltihab ürək-damar xəstəliklərindən Alzheimerə, xərçəngdən 2-ci tip diabetə qədər bir çox xəstəliyin xəbərçisidir. Nar, əsasən antioksidan xüsusiyyətləri sayəsində iltihab əleyhinə təsir göstərir. Narın müntəzəm istifadəsi bədənimizdəki iltihabı azaltmağa kömək edir.

Narın tərkibindəki antioksidant maddələr xərçəng hüceyrələrinin əmələ gəlməsi prosesini ləngidə və ya dayandıra bilər. Xüsusilə döş, kolon və prostat xərçənginin əmələ gəlməsinin qarşısının alınması ilə bağlı müsbət nəticələr göstərən tədqiqatlar var.

Kaliforniya Universitetində aparılan bir araşdırmada, 4 həftə boyunca nizamlı olaraq nar/nar şirəsi istehlak edən insanların şifahi-vizual yaddaş tapşırıqlarını daha yaxşı yerinə yetirdiyi və yaddaşla bağlı testlərdə daha müvəffəqiyyətli olduğu görülüb.

Tərkibindəki antioksidantlar və urolitin A adlı komponent sayəsində bədənimiz əzələləri mümkün zərərlərdən daha asan qoruya bilir. Bu, həm bədəndə, həm də dəridə qocalmanı gecikdirir.

Nar qızdırmanı və yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Narın qabıqlarından hazırlanan dəmləmə ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.

Qeyd edək ki, nar şirəsi mədə ağrıları, başağrısı, hipertoniya, öskürək, isitmə, soyuqdəymə və s. xəstəliklərin müalicəsində geniş istifadə edilir.

Seçilən
139
2
qafqazinfo.az

3Mənbələr