AZ

İsrail ordusu ölkənin mərkəzi hissəsində iki PUA-nı zərərsizləşdirib

İsrail Hərbi Hava Qüvvələri ölkənin mərkəzi hissəsində iki pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Nazirliyin bildirdiyi kimi PUA-lar Quş-Dan bölgəsi sahillərində dənizdə vurulub. Onlardan birinin açıq əraziyə düşməsi qeydə alınıb.

Ordunun mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində insan tələfatı olmayıb.

Seçilən
23
apa.az

1Mənbələr