AZ

Livanda İsrailin zərbələri nəticəsində dünən 46 nəfər ölüb, 85 nəfər yaralanıb

Livanın Səhiyyə Nazirliyi bildirib ki, İsrailin endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ölkədə ən azı 46 nəfər ölüb, 85 nəfər yaralanıb...

Poliqon xəbər verir ki, Livanın Səhiyyə Nazirliyinin məlumatını “Əl-Cəzirə” telekanalı təqdim edib. Nəbataba əyalətinin cənub bölgələri, Bekaa, Baalbek-Hermel, eləcə də Livan təpələri silsiləsi hücuma məruz qaldığı bildirilir.

Xatırladaq ki, İsrail ordusu sərhəd boyu “Hizbullah” yaraqlılarının mövqelərini məhv etmək üçün oktyabrın 1-dən Livanda quru əməliyyatlarına başlayıb. Hücumdan əvvəl İsrail Beyrutun cənub ətraflarında yerləşən üç məhəllə sakinlərini təcili təxliyə etməyə çağırıb. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, son iki həftə ərzində İsrailin hücumları nəticəsində 1030 nəfər ölüb, 6300-dən çox insan yaralanıb.

Poliqon.info

Seçilən
97
1
poliqon.info

2Mənbələr