AZ

İsrail açıqladı: HƏMAS-ın hökumət başçısı və 2 vəzifəlisi ÖLDÜRÜLDÜ

İsrail ordusu HƏMAS qruplaşmasının üç vəzifəli şəxsinin öldürüldüyünü açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri İsrail ordusuna istinadən məlumat yayıb.

Bildirilir ki, HƏMAS-ın yüksək rütbəli rəsmisi, Qəzza zolağının faktiki baş naziri Ravhi Muştaha İsrailin hücumu nəticəsində ölüb. Hücumun üç ay əvvəl baş verdiyi bildirilir. Onun ölümü barədə məlumat bu gün yayımlanıb.

Muştaha ilə yanaşı HƏMAS-ın siyasi bürosunda vəzifə tutan Sameh əs-Sirac, qrupun “ümumi təhlükəsizlik mexanizmi”nin rəhbəri Sami Odeh də öldürülüb.

Qeyd olunur ki, onlar Qəzza zolağının şimalında tuneldə gizlənərkən döyüş təyyarələri tərəfindən hədəfə alınıb.

HƏMAS yüksək vəzifəli şəxslərin ölümünü təsdiqləməyib. İsrail ordusu bildirir ki, HƏMAS itkilərini gizlədir.

Muştaha HƏMAS-ın hazırkı lideri Yəhya Sinvarın “sağ əli və ən yaxın silahdaşlarından biri” olub. Müştaha və Sinvar İsrail həbsxanasında birlikdə həbs cəzasını çəkiblər və daha sonra birlikdə HƏMAS-ın ümumi təhlükəsizlik mexanizmini yaradıblar.

“Müştəha Qəzza zolağında HƏMAS siyasi bürosunun ən yüksək vəzifəli şəxsi hesab olunurdu və müharibə zamanı HƏMASrejiminə vətəndaş nəzarətini saxlayıb, eyni zamanda İsrailə qarşı terror fəaliyyəti ilə məşğul olub”, - açıqlamada bildirilir.Modern.az

phrase_var_article.chosen
60
4
bakivaxti.az

10phrase_var_article.sources