AZ

Almaniya və Avstriya səfirləri İran XİN-ə çağırılıb

Almaniya və Avstriya hökumətlərinin Tehranı İsrailə raket hücumuna görə qınamasından sonra bu ölkələrin səfirləri İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Report" xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.

"Bu addım çərşənbə axşamı İranın İsrailə hücumu ilə əlaqədar Almaniya və Avstriyanın İran səfirlərini çağırmasına cavab olaraq atılıb", - məlumatda bildirilib.

Bu arada İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “G7”nin İranın İsrailə hücumunu pisləməsinin qərəzli və məsuliyyətsiz olduğunu vurğyulayıb.

phrase_var_article.chosen
61
9
azpolitika.info

10phrase_var_article.sources