Rusiyanın hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində Ukraynanın üç pilotsuz təyyarəsini məhv edib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hava hücumundan müdafiə sistemləri Kursk vilayətinin ərazisi üzərində Ukraynaya məxsus üç pilotsuz uçuş aparatını məhv edib”, - deyə, məlumatda deyilir.