AZ

Azərbaycan və Belarus Ağdamda aqroşəhərciyin layihələndirilməsi ilə bağlı sənəd imzalayıb

Azərbaycan və Belarus Ağdamın Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi ilə bağlı sənəd imzalayıb.

"Far.Az" xəbər verir ki, sənədə Minskdə rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Roman Qolovçenko imza atıblar.

Qeyd edək ki, bu gün hökumət başçılarının məhdud tərkibdə görüşü keçirilib, daha sonra müzakirələr hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafı qeyd edilib.

Danışıqların yekununa dair Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, səhiyyə sahəsində əməkdaşlıq, Ağdam rayonunun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi və yanğınsöndürmə avadanlığının tədarükü ilə bağlı bir sıra sənədlər imzalanıb.

phrase_var_article.chosen
58
7
far.az

8phrase_var_article.sources