AZ

Mask Orbanın qeyri-qanuni miqrantları Brüsselin mərkəzinə göndərmək fikrini bəyənib

Amerikalı multimilyarder İlon Mask Macarıstan hökumətinin başçısı Viktor Orbanın qanunsuz miqrantları Brüsselin mərkəzinə göndərmək ideyasını müsbət qiymətləndirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sahibkar “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Oktyabrın 2-də Orban bildirib ki, Avropa İttifaqı Macarıstanı Aİ sərhədlərini qeyri-qanuni immiqrantlardan qoruduğuna görə cəzalandırmaqda davam edərsə, Macarıstan hökuməti miqrantları Brüsselin əsas meydanına daşıyacaq.

Mask Macarıstan baş nazirinin təklifini “yaxşı ideya” adlandırıb.

phrase_var_article.chosen
45
nocomment.az

1phrase_var_article.sources